20 Yanvar-Azadlığa gedən yolun zirvəsi

20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi”mövzusunda 8c sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi.

   Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan dəyirmi masada tarix müəllimi Firuzə Mehtiyeva Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açdı.

    Şagirdlər təqdimatlarında 20 Yanvar hadisələrində öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirdilər. 

   Dəyirmi masada iştirak edən Tərbiyə işləri üzrə direktor müavini F.Əliyeva cıxış edərək Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində yox, hər zaman xatırlanmasını şagirdlərə tövsiyə etdi 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi