“Zəfər tarixi” interaktiv dərslər

    BŞTİ-nin 18 aprel 2022-ci il tarixli F-146 nömrəli əmrinə müvafiq olaraq IX siniflərdə "Zəfər tarixi" adlı interaktiv dərslər keçirildi. Dərslərdə II Qarabağ müharibəsinin nəticələrindən, Şuşa şəhərinin Azərbaycan tarixində keçdiyi yoldan və bu alınmaz qalanın Azərbaycan xalqı üçün əhəmiyyətindən danışdılar.Şagirdlər mövzu ətrafında fikir mübadiləsi apardılar,müzakirələrdə iştirak etdilər.

  9d sinif şagirdləri viktorina təşkil etdilər. Şagirdlər qruplara bölünərək Zəfər tarixinə aid sualları ətraflı cavablandırdılar.

   İnteraktiv dərslərdə iştirak edən məktəb rəhbərliyi və tarix müəllimləri Zəfər tariximiz və bu tarixin şanlı səhifəsi olan misilsiz qələbəmiz, qələbə sevincini bütün xalqımıza, millətimizə yaşadan, and yerimiz, qürur mənbəyimiz müqəddəs Şəhidlərimiz, qəhrəmanlıq salnaməsi yazan igid Azərbaycan oğulları haqqında geniş məlumatlar verdilər, şagirdlərimizi bu şərəfli tarixi daim uca tutmaq və gələcək nəsillərə ötürmək üçün dərindən öyrənməyi tövsiyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi