"Zəfər tarixi" adlı konfrans keçirildi

246 nömrəli məktəb - liseyin akt zalında "Zəfər tarixi" adlı konfrans keçirildi. Konfransda məktəb rəhbərliyi, tarix müəllimləri və 9 - cu sinif şagirdləri iştirak etdilər.

 İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tarix fənn müəllimi Tofiq Quliyev zəfər tariximiz barədə məlumat verdi,gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə Zəfər salnaməmizi əks etdirən videoçarx nümayiş etdirildi. 9L sinif şagirdi Əliyeva Lamiyə, 9d sinif şagirdləri Bayramlı Yavər, Fərəcov Murad mövzu ətrafında çıxış edərək öz təkliflərini irəli sürdülər. Sonda məktəb - liseyin direktoru Elmar Həşimov çıxışında şagirdlərin vətənpərvərlik istiqamətində görülən işlərin davamlı olmasını tövsiyə etdi və zəfər tariximizin əhəmiyyətini bir daha vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi