246 nömrəli məktəb - liseydə "Narkomaniyasız gələcək" adlı tədbir keçirildi

22.12.2022 -ci il tarixdə Binəqədi rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 246 nömrəli məktəb - liseydə "Narkomaniyasız gələcək" mövzusunda şagirdlərlə görüş keçirildi.

 Görüşdə əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə bu cür görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğu diqqətə çatdırıldı. Bununla yanaşı cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verildi və istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərin bu gün aktual xarakter daşıdığını, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğu qeyd edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi