12 dekabr -Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Əbədiyaşar Liderimiz” mövzusunda inşa-yazı müsabiqəsi

  Binəqədi rayon Gənclər və İdman İdarəsi və Binəqədi rayon “Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Əbədiyaşar Liderimiz” mövzusunda Binəqədi rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa-yazı müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyev irsinin və azərbaycançılıq məfkurəsinin yeniyetmə və gənclər arasında geniş təbliğ edilməsi, anım gününün qeyd olunması və istedadların üzə çıxarılması olmuşdur.

      Müsabiqənin mükafatlandırma mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova iştirak etmişdir.

        Sevindirici haldır ki, məktəb-liseyin 9 L sinif şagirdi Allahyarova Qüdrət II yerin qalibi olmuşdur.

           Müsabiqədə qalib olan şagirdimizi təbrik edirik,əməyə keçən Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Cəfərovaya təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi