Azərbaycan Dövlət Himninin müəllifi, maarifçi, tərcüməçi, pedaqoq və görkəmli ictimai xadim Əhməd Cavadın 130 illik yubileyi

     2d sinfində Azərbaycan Dövlət Himninin müəllifi, maarifçi, tərcüməçi, pedaqoq və görkəmli ictimai xadim Əhməd Cavadın 130 illik yubileyi qeyd olundu.

   Əvvəlcə Əhməd Cavadın müəllifi olduğu Azərbaycan Dövlət Himni səsləndirildi.

  Sinif müəllimi Reyhan Qarayeva təqdimatında  söylədi ki, Əhməd Cavad Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik şəxsiyyətlərdən biri idi. Qeyd etdi ki, üçrəngli bayrağımız haqqında ilk şeirlərin müəllifi olan Əhməd Cavad tarixdə istiqlal şairi kimi tanınıb. Təəssüf ki, dövrün parlaq şəxsiyyətləri sırasında olan Əhməd Cavad 1930-cu illərin ağır repressiyalarına məruz qalıb və sovet totalitarizminin qurbanına çevrilib.

  Şagirdlər ifalarında Əhməd Cavadın şeirləri və şeirlərinə yazılmış mahnıları səsləndirdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi