Əhməd Cavadın 130 illiyinə hərs edilmiş tədbir keçirildi.

13.12.2022 - ci il tarixində 246 saylı məktəb liseydə Əhməd Cavadın 130 illiyi münasibətilə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı, daha sonra Əhməd Cavadın həyat və yaradıcılıq yolunu əks etdirən kiçik videoçarx nümayiş olundu. Əhməd Cavadın ömrünün sonuna qədər milli istiqlal ideyalarına sadiq qalaraq hüquqları çeynənən bir ölkənin haqq səsi olmasından danışaraq təqiblərin, məhbəs və işgəncələrin onun iradəsini qıra bilməməsi və şairin bir dəfə də olsun xalqına, eləcə də qələminə xəyanət etməməsindən danışıldı.

Tədbirin bədii hissəsində şagirdlər öz istedadlarını nümayiş etdirdilər. Şairin adı dillər əzbəri olan "Azərbaycan" , "Azərbaycan bayrağına", " Nə yazım?" , " Çırpınırdı Qara dəniz" , "Susmaram" , "Göygöl" və s. şeirlərini səsləndirdilər. 

 "Gəncədən gəlirəm" musiqisinin sədaları altında rəqs nümayiş olundu.

Şagirdlər Əhməd Cavadın "Səsli qız" poeması əsasında kiçik bir səhnəciyi də uğurla oynadılar.

Məktəbimizin müəllimi Samirə müəllimənin ifasında "Şükriyyə" mahnısı dinlənildi.

Sonda az qala dilimizdə marşa çevrilən “Can Azərbaycan” mahnısı xor ilə ifa edildi.

Beləliklə, Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan bu yolda "xalq düşməni" damğası ilə güllələnən Əhməd Cavadı dərin hörmətlə yad etdik. Azərbaycan var olduqca istiqlal şairimiz Əhməd Cavad da qəlblərimizdə daim yaşayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi