Bullinqin profilaktikası

   Məktəb-liseydə 5-6- cı sinif şagirdləri ilə "Bullinqin profilaktikası" mövzusunda maarifləndirici seminar keçirildi. Seminarda  Təlimi tərbiyə işləri üzrə direktor müavini , məktəb-liseyin psixoloqu,UBR söylədilər ki,  “Bullinq” sözünün ingilis dilindən tərcümədə təcavüz, qorxutmaq, təhqir etmək, uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Bullinqin növləri - kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq haqqında  ətraflı  məlumat verildi, onların  fəsadlarından danışıldı.  Məktəb bullinqinin bir uşağın və ya bir uşaq qrupunun başqa bir uşağa və ya uşaq qruplarına fiziki və yaxud psixoloji qəddar münasibət olduğu deyildi. Söylənildi ki,  qurbanların hüquqları qorunarsa və onu müdafiə edənlər olarsa bullinqə son qoyular. İnteraktiv seminarda uşaq zorakılığına-bullinqə məruz qalanların psixoloji durumu araşdırıldı, köməklik etmənin yolları şagirdlərlə birlikdə müzakirə edildi. Zorakılıq halları baş verdikdə  mütləq məktəb rəhbərliyinə,müəllimlərinə, valideynlərinə, hətta böyük bacı və qardaşlarına müraciət etmələri diqqətə çatdırıldı. Seminarda şagirdlər bir daha əmin oldular ki, qarşılıqlı anlaşma və biri-birinə yardım  zorakılığın qarşısını alır və cəmiyyətdə  sağlam psixoloji mühit yaradır.

    Məktəb-liseydə  digər yaş qrupları üzrə təlimlər davam edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi