Heydər Əliyev Azərbaycan gəncliyinin əbədi nümunəsidir

    Dekabrın 7-də Ulu Öndər Heydər Əliyevin “Anım günü" nə həsr edilmiş konfrans keçirildi. Ulu Öndərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra tarix fənn müəllimi Nadir İmamverdiyev dahi liderin rəhbərliyinin bütün dövrlərində yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmizin nüfuzunun artması, hərtərəfli inkişafa nail olması , müstəqilliyimizin əbədi və dönməzliyinin tam təmin edilməsi barədə şagirdlərə ətraflı məlumat verdi. Ulu Öndərin neft strategiyasının bu gün necə aktual olduğunu bir daha xüsusi vurğuladı.

    Sonda məktəb - liseyin direktoru Elmar Həşimov çıxış edərək Ulu Öndərin zəngin həyat yolundan maraqlı epizodlar danışdı. Amerikanın dövlət katibinin Heydər Əliyev haqqında söylədiyi fikri, Ulu Öndərin müdrik kəlamlarını şagirdlərin diqqətinə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi