1 Dekabr Ümumdünya QİÇS-lə mübarizə günüdür
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16698916456388863d00efe3.10672175.jpg)
Dekabrın 1-də IX-X-XI sinif şagirdlərinin iştirakı ilə “1 Dekabr Ümumdünya QİÇS-lə mübarizə günüdür
” mövzusunda maarifləndirici tədbir keçirildi .
Tədbirdə şagirdlərə Ümumdünya QİÇS-lə Mübarizə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verildi,bildirildi ki, 1988-ci ildən başlayaraq hər il dekabrın 1-də Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. Həmin tarix dünya ictimaiyyətinin diqqətini qlobal miqyas almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunub.
Sonra şagirdlərə zərərli vərdişlərin sağlamlığa vurduğu zərərlərdən danışıldı ,bir sıra xəstəliklərə, o cümlədən əsrin bəlası olan QİÇS-ə yol açdığı vurğulandı. Alkoqol və narkotiklərdən istifadə etməmək, siqaret çəkməmək, düzgün qidalanmaq, yəni düşünülmüş şəkildə sağlamlığın əsl harmoniyasına nail olmağın gərəkliyi şagirdlərin diqqətinə catdırıldı.
Tədbirdə QİÇS-in ağır fəsadlarından bəhs edən videoçarx şagirdlərə təqdim olundu, onları maraqlandıran suallar cavablandırıldı, müvafiq tövsiyələr verildi.