İnternetin faydaları və zərərləri

   “Əsrimizin ən böyük kəşfi olan internetin faydalarını  və zərərlərini” mövzusunda    8c  sinif şagirdlərinin iştirakı ilə debat təşkil olundu.

     İnternetin faydalarını təqdim edən  şagirdlər bildirdilər ki, bu gün dünyamızı İKT-siz   təsəvvür etmək mümkün deyil. İnternetdən  düzgün və məqsədyönlü istifadə  dünyagörüşümüzü, biliklərimizi artırır, məntiqimizi, təfəkkürümüzü inkişaf etdirir.

      İnternetin zərərlərini təqdim edən şagirdlər isə   bildirdilər ki, bu gün həyatımız  İKT-siz  mümkün görünməsə də,insanlara  psixoloji və fiziki zərərləri coxdur. Aparılan araşdırmalara görə internetdən asılılıq insanların psixologiyası və davranışında mənfi təsirlər  yaradır.

   Sonra şagirdlərin diqqətinə yeniyetməlik yaş dövrünün xüsusiyyətləri  çatdırıldı. Söylənildi ki,bu yaş dövründə sosial şəbəkələrdən kortəbii şəkildə istifadə böyük təhlükə və fəsadlara yol açır, narkomaniya,insan alveri istiqamətində müəyyən cinayətkar qruplar  məhz internet vasitəsi ilə uşaqları öz qurbanlarına çevirir,  bataqlıq kimi özlərinə cəlb edərək  həyatlarına  çox ciddi  təsirlər edirlər.  İnternetin insan alverinə yol açdığı da xüsusi  vurğulandı.İnsan alveri probleminin xüsusiyyətləri, insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallar, uşaqların insan alverinə məruz qalması riskləri, ,152 qaynar xətt xidmətləri barədə məlumat verildi.

      Sonda ümumi  nəticəyə gəlindi ki, internetsiz həyatı təsəvvür etmək mümkün olmadığı üçün ,İKT-dən ancaq biliklərin təkmilləşdirilməsi üçün  düzgün və qədərində istifadə etmək lazımdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi