Narkomaniya və digər zərərli vərdişlərlə mübarizə

   Kiçik Akademiya üzvləri  narkomaniya və digər zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş təqdimat keçirdilər. Şagirdlər  təqdimatlarında narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə  məlumat verdilər, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlardan danışdılar. Bildirdilər  ki, narkomaniya təkcə insanın fiziki sağlamlığına mənfi təsir göstərmir, həm də onun mənəviyyat aləmində, şəxsiyyət kimi formalaşmasında ciddi problemlər yaradır.

  Sonra şagirdlər  narkomanlığın və digər zərərli vərdişlərin cəmiyyətə, insanların sağlamlığına vurduğu ziyanları yazdıqları essedə  diqqətə  çatdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi