“Diqqət uşaqlar!” mövzularında maarifləndirici tədbir keçirildi

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərlə bağlı 2d sinfində “Diqqət uşaqlar!” mövzularında maarifləndirici tədbir keçirildi. 

    Tədbirin təşkilatçısı sinif müəllimi Qarayeva Reyhan şagirdlərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verdi, yolda daha diqqətli olmalarını tövsiyə etdi. Hər bir vətəndaşın özünü və yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyini şagirdlərin diqqətinə çatdırdı.

Şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid müxtəlif şeirlər və mahnılar səsləndirdilər, səhnəciklərlə çıxış etdilər,qrup işi işlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi