Bərk məişət tullantılarının idarə edilməsi sahəsində şagirdlərlə maarifləndirmə işi aparıldı.

       Coğrafiya fənn müəllimi Nuranə Abbasova  məişət tullantılarının idarə edilməsi haqqında  hazırladığı təqdimatda plastik kütlələrin  məişətimizi ciddi şəkildə çirkləndirdiyini söylədi. Vurğuladı ki, ki,plastik məmulatlar   insan üçün daha xeyirli vasitə ilə əvəz olunmalıdır.

      Müzakirədə  bərk məişət tullantılarının idarə edilməsi, xüsusilə də məişət tullantılarının çeşidlənməsi, bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının vacibliyi  önə çəkildi.

     Şagirdlər bərk məişət tullantılarının növləri və təkrar emalı barədə məlumatlar  verdilər. Tullantıların idarə edilməsi sisteminin təşkili zamanı təkrar xammal əldə etməyin mümkünlüyünü bildirdilər, bu prosesin ekoloji və iqtisadi baxımdan əhəmiyyətli olduğunu qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi