Zərərli vərdişlərə yox deyək!

  Tərbiyə işləri üzrə direktor müavini,məktəb psixoloqları,UBR təşkilatçılığı ilə 8-ci siniflərdə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda  “Dəyirmi masa”lar təşkil edildi.

“Dəyirmi masa”larda   şagirdlərlə faydalı və zərərli vərdişlər haqqında fikir mübadiləsi aparıldı. Müzakirələrdə zərərli vərdişlərin fəsadları barədə məlumat verildi.Söylənildi ki, narkomaniya və digər zərərli vərdişlərdən uzaq olmaqla  gənc nəsl  savadlı, sağlam,vətənpərvər ruhda böyüyür,cəmiyyətə  fayda verir.

     "Narkomaniya" adlı sosial çarxda və slaydda  zərərli vərdişlərin fəsadları nümayiş olundu. Şagirdləri maraqlandıran suallar cavablandırıldı,  müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi