Əhməd Cavadın 130 illiyinə hərs edilmiş tədbirlər davam edir

Azərbaycan Respublikası Prezidentinin “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” 20 aprel 2022 –ci – il tarixli 3222 nömrəli sərəncamının icrası ilə bağlı 246 saylı məktəb – liseydə silsilə tədbirlər davam edir.

Məktəbmizin 5 a sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat müəllimi Əhmədli Səadətin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illiyi münasibətilə təqdimat dərs keçirildi.

 S. Əhmədli şagirdlərə şairin Azərbaycan ədəbiyyatı və ictimai fikrin inkişafında tutduğu əvəzsiz mövqeyindən, istiqlal şairinin özünəməxsus dəsti – xəttindən bəhs etdi. Azərbaycan dövlət rəmzlərini alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərlərindən nümunələr söylənildi. Şagirdlərin hazırladıqları təqdimatlar, söylədikləri şeirlər gənc nəslin Azərbaycan ədəbiyyatına olan sevgisinin bariz nümunəsi idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi