Faydalı və zərərli vərdişlər

VII-VIII sinif şagirdləri ilə” Faydalı və zərərli vərdişlər” mövzusunda qrup işi işlənildi,esse yazdırıldı.

Şagirdlər təqdimatlarında söylədilər ki,sağlam həyat tərzi bir çox sadə qaydalara əməl edilməsidir- mümkün qədər fiziki fəallıq,sağlam qidalanma, normal yuxu, sinir sisteminin həddindən artıq gərginlikdən qorunması,şəxsi gigiyena qaydaları.Məhz bunları faydalı vərdiş halına keçirməklə sağlamlığımızı qoruyur və möhkəmləndiririk.

Qeyd etdilər ki,sağlamlığı zərərli vərdişlər  məhv edir. Şagirdlər təqdimatlarında siqaretin,spirtli içkilərin sağlamlığa vurduğu zərərlərdən danışdılar.

Tərbiyə işləri üzrə direktor müavini F.Əliyeva, biologiya fənn müəllimi Ü.Mustafayeva , məktəb psixoloqu S.İsmayılova,UBR K.Muradova tərəfindən keçirilən maarifləndirici dərslərdə söylənildi ki, narkotik maddələrdən, spirtli içkilərdən, tütün məmulatlarından, toksiki (zəhərli) maddələrdən asılılıq zərərli vərdiş kimi xarakterizə olunur. "Zərərli" ona görə ki, bu maddələrin həm asılı fərdin orqanizminə, həm də bütövlükdə cəmiyyətə ziyanı vurur. "Vərdiş" ona görə ki, asılılıq çox möhkəm olur və ondan xilas olmaq çətin ,bəzənsə mümkünsüz olur.Xilas olmaq çətindirsə, onların istifadəsindən çəkinmək asandır. Zərərli vərdişlər sağlamlığa qəsddir, kiçik səhv böyük faciələrə səbəb ola bilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi