“Multikulturalizm sözdə və əməldə”

İnsanlar arasında sevgi, dostluq və həmrəyliyin möhkəmlənməsinə təkan vermək, müxtəlif xalqların adət-ənənələrinə hörmət hissinin artırılması məqsədi ilə 24.11.2016-cı il tarixdə məktəbimizdə “Multikulturalizm sözdə və əməldə” mövzusunda tədbir keçirildi. Akt zalı Azərbaycan və müxtəlif dünya dövlətlərinin-Türkiyə, Özbəkistan,Çin,Yaponiya, Braziliya, Rusiya, İngiltərə, Hindistan,Fransa, Misir, Gürcüstan, İtaliya, Amerikanın dövlət atributları, şəhərlərin, tarixi abidələrin şəkilləri ilə bəzədildi.Təmsil etdikləri dövlətin milli geyimlərini geyinən şagirdlərimiz həmin ölkənin mədəniyyətini, incəsənətini, tarixini əks etdirən əl işlərini, milli paltarlarını özlərində əks etdirən “gəlinciklər”ı nümayiş etdirdilər,məlumatlar verdilər. Şagirdlərin ifasında dünya xalqlarının rəngarəng rəqsləri, ifaları iştirakçılarda xoş təəssürat yaratdı. Sonda məktəbin direktoru A.Bayramova Azərbaycanın müxtəlif millətlərə, irqlərə, dinlərə və etnik qruplara məxsus insanların qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığı ən unikal bir ölkə olduğunu, burada əsrlər boyu yaşayan xalqların, toplumların özlərini azad, firavan hiss etdiyi, bir-birləri ilə dostluq, qardaşlıq münasibətlərində yaşadığı məktəblilərin nəzərinə çatdırdı və tədbirin nəfis tərtibatına, kostyumların ,rəqslərin hazırlanmasında böyük rolu olan valideyn icmasına, tədbirin təşkilatçılarına rəhbərlik adından təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi