1"C" SİNİF ŞAGİRDLƏRİ HƏRBİ QƏNİMƏTLƏR PARKINA EKSKURSİYA ETDİLƏR

   44 gün – Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin ömrüdür. Vətən müharibəsi, “dəmir yumruq” əməliyyatı, 2-ci Qarabağ savaşı, böyük qələbə kimi də adlandırılan bu 44 günlük şanlı zəfər tarixi yaddaşlarda ömürlük həkk oldu.

44 gün ərzində xalqımız yüksək səviyyədə birlik nümayiş etdirdi.Ön cəbhədə hərbçilərimizin şücaəti, ordumuzun rəşadəti, arxa cəbhədə mülki insanlarımız, bütövlükdə isə xalqımızın həmrəyliyi nəticəsində qələbə çaldıq. Bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olmuşdur, “Dəmir Yumruq” əməliyyatı bir daha göstərdi ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Məktəbimizin 1”C”sinif şagirdləri "Qənimətlər parkını" ziyarət etmiş,ordumuz tərəfindən ələ keçirilən döyüş sürsatları,ağır texnikaları ilə tanış olmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi