1”B” SİNİF ŞAGİRDLƏRİNİN “ÜMUMDÜNYA KİTAB VƏ MÜƏLLİFLİK HÜQUQU GÜNÜ” NƏ HƏSR OLUNMUŞ TƏDBİRİ

   23 aprel Ümumdünya Kitab və Müəllif Hüquqları Günü kimi qeyd edilir. Bu gün 1995-ci ildə UNESCO tərəfindən dünya şöhrətli söz ustaları ingilis şairi və dramaturqu Uilyam Şekspirin, ispan yazıçısı Migel de Servantesin və perulu məşhur tarixçi-yazar İnka Qarsilaso de la Veqanın xatirəsinə ehtiram olaraq təsis edilib. Onların hər üçü eyni gündə, 1616-cı ilin 23 aprelində vəfat ediblər. Hər bir yaradıcı insanın öz əsərinə müəlliflik hüququ var. Müəllif hüquqlarının qorunması beynəlxalq konvensiyalarla tənzimlənir. 23 aprel Dünya Kitab və Müəllif Hüquqları Günü Azərbaycanda 2001-ci ildən qeyd olunur.

Məktəbimizin ibtidai sinif müəllimi Pəri Qasımova 1”B”sinif şagirdləri ilə birlikdə 23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə aid tədbir keçirdi.Tədbirin əsas məqsədi şagirdlərdə oxu vərdişlərini inkişaf etdirmək və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdan ibarətdir.Pəri müəllim şagirdlərə kitab aləmindən maraqlı məlumatlar verdi və gələcəkdə şagirdlərin məktəb kitabxanasından necə səmərəli istifadə edə biləcəkləri haqda söhbət açdı. Sonra şagirdlər ən son oxuduqları öz sevimli kitablarını gətirərək nümayiş etdirdilər və oxuduqları əsərlər və müəllifləri haqqında məlumat verdilər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi