Şagirimiz "Heydər Əliyev və Azərbaycan tarixi" referat yazı müsabiqəsinin qalibi oldu

   03.04.2024-cü il tarixində Bakı şəhəri İcra hakimiyyəti tərəfindən hər il keçirilən "Heydər Əliyev və Azərbaycan tarixi" referat yazı müsabiqəsinin Nəsimi Rayon mərhələsinə yekun vuruldu. Sevindirici haldır ki, Nəsimi Rayon mərhələsində qaliblər arasında məktəbimizin 9"C" sinif şagirdi Nərgiz Mehdizadə də oldu. Məktəbimizin tarix müəllimi Mənsur Vəliyevin elmi rəhbərliyi altında Nərgiz Mehdizadənin  "Azərbaycan Atabəylər dövləti "mövzusunda referat işi qaliblər sırasında oldu və Nəsimi Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyəti rəhbərliyi tərəfindən mükafatlandırıldı. 

   Bütün kollektiivimiz adindan şagirdimizi və elmi rəhbəri olan Mənsur Vəliyevi təbrik edir, yeni uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi