Müəllimimizin  "Uşaqlığa səyahət " adlı növbəti  kitabı işiq üzü gördü

   Məktəbimizin xarici dil müəllimi Rühəngiz Süleymanovanın "Uşaqlığa səyahət " adlı növbəti  kitabı işiq üzü gördü. Kitabda uşaqların əxlaq və tərbiyəsi ilə bağlı müxtəlif şeirlər, nəsr nümunələri, poema yer almışdır. 
Müəllifin yaradıcılığının böyük bir hissəsinin uşaq poeziyasına həsr etməsi onun həssaslığı, uşaqlara sevgisi və pedoqoji fəaliyyəti ilə bağlıdır. Uşaq psixologiyasını gözəl duyan şairə müasir dövrün tələbinə uyğun, mövzu rəngarəngliyi ilə sevilən əsərlərində öz orjinal üslubunu qoruya bilmişdi. Kitabdakı əsərlər mövzu seçimi, süjet xətti ilə uşaqların maraq dünyasına yol tapa biləcək şeirlərdir.
   Kitab nəfis tərtibatı ilə də diqqəti cəlb edir. Mövzulara uyğun rəsmlərin müəllifi məktəbimizin məzunu UNEC Dizayn məktəbinin tələbəsi Məryam Süleymanlı və onun tələbə yoldaşı Gövhər Rəhimovaya mənsubdur.
   "Uşaqlığa səyahət" kitabı istər məzmun, istərsə də  bədii tərtibatına görə Azərbaycan uşaq ədəbiyyatının bugunkü  inkişafina əvəzsiz töhfələrdən 
 biri kimi  balaca  oxucularına sevinc bəxş edəcəkdir.
Müəllifə və rəssam - dizayn  tələbələrimizə yeni yaradıcılıq uğurları diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi