Yaşıl dünyanı tanıyın

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Sərəncamda qeyd edilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

“Yaşıl dünya naminə həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Ümdə məsələlərdən biri azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpa edilməsidir. “Ağıllı kənd”, “ağıllı şəhər” kimi müasir innovasiyalı layihələrin tətbiq edilməsi ekosistemə yeni yanaşmadır.

Sözügedən sərəncam ölkəmizin təhsil sistemi qarşısında da müvafiq vəzifələr qoyur. Sərəncama müvafiq olaraq  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəbimizdə şagirdlər arasında yaş səviyyəsinə uyğun olaraq müxtəlif tədbirləri həyata keçirilir. Belə tədbirlərdən biri də 4 mart tarixində keçirilmiş “Yaşıl dünyanı tanıyın” adlı tədbir oldu. Məktəbimizin foyesində şagirdlərin əl işləri, rəsmlərindən ibarət nümunələr sərgiləndi. Şagirdlərimiz tədbirə çox böyük həvəslə qatıldılar və möhtəşəm bir tədbir ərsəyə gəldi.

Tədbirdə Nəsimi rayonu icra başçısının birinci müavini Gülarə xanım Verdiyeva iştirak etdi.  Qonağımız şagirdlərin gözəl rəsmlərini, plastik tullantılardan hazırladıqları əl işlərini, təbiətə aid kitab sərgisini və şagirdlər tərəfindən təşkil edilmiş canlı guşəni  böyük  maraqla seyr etdi. Şagirdlər öz əl işləri barədə ətraflı məlumat verdilər. Gülarə xanım  “Yaşıl dünyanı tanıyın” mövzusuna həsr edilmiş sərginin təşkilinə yüksək qiymət verdi.

Sərgidən sonra tədbirin rəsmi hissəsində məktəbimizin direktoru Esmira xanım Məmmədova çıxış edərək tədbir haqqında məlumat verdi. Sonra Gülarə xanım movzu ilə bağlı çıxış edərək  hər bir vətəndaşı bu layihədə yaxından iştirak etməyə çagırdı. Geniş, məzmunlu və maraqlı çıxışının sonunda  Gülarə xanım şagirdlərin və müəllimlərin müasir dövr üçün aktual olan bu tədbirin həyata keçirilməsində rolunu dəyərləndirdi və tədbirin həyata keçirilməsində fəal iştirak edən bir qrup müəlim və şagirdlərə fəxri fərman təqdim etdi.

Həmçinin rəsmi hissədə məktəbimizin kimya və biologiya müəllimi Gülnarə Quliyeva da çıxış etdi və  mövzu ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verdi.

Şübhəsiz ki, belə tədbirlər şagirdlərin ekoloji dünyagörüşünün, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin, təbii  sərvətlərin öyrənilməsi vasitəsilə idraki səriştələrinin formalaşmasına, öyrənmə və tədqiqatçılıq bacarıqlarının yeni formalarının hazırlanmasına, məktəblilərin ekoloji hərəkata, ekoloji yönümlü fəaliyyətə cəlb edilməsinə stimul verə bilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi