Sertifikasiyada iştirak edəcək müəllimlərlə dəyirmi masa keçirildi

   4 mart 2024-cü il tarixdə məktəbimizdə cari ildə sertifikasiyada iştirak edəcək müəllimlərlə (riyaziyyat, xarici dil), aidiyyatı fənlər üzrə metodbirləşmə rəhbərləri ilə dəyirmi masa keçirildi. Məktəbimizin direktoru Esmira Məmmədova "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Fərmanı və həmin Fərmanla təsdiq olunmuş Qaydalar barədə bir daha müəllimlərə məlumat verdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının sertifikasiya ilə əlaqədar təşkil etdiyi görüşdə iştirak edən metodbirləşmə rəhbərləri müəllimləri aldıqları məlumatlar ilə bilgiləndirdilər, yaranmış suallara aydınlıq gətirdilər. Sonda məktəbimiz direktoru sertifikasiyada iştirak edəcək hər bir müəllimə uğurlar arzu etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi