1"C" sinif şagirdləri yeni "Save The Planet" layihəsinə qoşuldular.

   Məktəbimizin 1"C" sinif şagirdləri yeni "Save The Planet" layihəsinə qoşuldular. Layihədə Azərbaycan,Türkiyə və Gürcüstandan olan müəllim və şagird heyəti əməkdaşlıq edəcək. Bu layihə planetimizin öyrənmək, araşdırmaq, yaşamaq üçün bizə verdiyi bütün imkanlardan bəhs edir!

   Dünyanın gələcəyi olan uşaqlarımız üçün planetimizdə ekoloji problemlər yaranmağa başlayıb. Təbii tarazlığın qorunmasına ancaq ətraf mühitin çirklənməsinin qarşısını almaqla nail olmaq olar. Bu səbəbdən şüurlu nəsillərin yetişdirilməsi vacibdir. Layihədə biz gələcək nəsillərə yaşaya biləcəyimiz bir dünya üçün uşaqlara ekoloji şüurun aşılanması və ekoloji maarifləndirməni hədəfləyirik. Uşaqlar dünyamız, təbiətimiz, onun gözəlliyi və təkrar emalın əhəmiyyəti haqqında daha çox öyrənməlidirlər. Bu layihə ilə biz şagirdlərimizə erkən yaşda planetimizi, təbii sərvətlərimizi və ətraf mühitin sağlamlığını qorumağı öyrədəcək, maarifləndirmə ilə onları şüurlu olmağa təşviq edəcəyik! Şagirdlərin fəal iştirak edəcəyi layihədə müxtəlif fəaliyyətlər web2 alətləri vasitəsilə həyata keçiriləcək.

   Layihə 3 ay davam edəcək. Şagirdlər müxtəlif veb 2 alətlərindən istifadə edərək Planetimizi araşdıracaq,yaxından tanış olacaq,təbii fəlakətlər,onların qarşısını almaq yollarını müzakirə edəcək,Tullantılardan təkrar emal,onun faydası haqqında araşdırma apararaq öz sərgilərini hazırlayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi