14 FEVRAL - BEYNƏLXALQ KİTAB BAĞIŞLAMA GÜNÜDÜR

   Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar məktəbimizin Dmitri Solnsev adına 1”B”sinif kitabsevərləri birlikdə bu günü qeyd etdilər. Bu günün keçirilməsinin əsas məqsədi şagirdlərin mütaliəyə, təhsilə, elmi biliklərə, kitaba marağının artırılması, onların mənəvi aləminin zənginləşməsi, dünyagörüşünün və maraq dairəsinin genişləndirilməsindən ibarətdir.

   Sinif rəhbəri Pəri Qasımova şagirdlərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşünün formalaşmasında mütaliənin mühüm rol oynadığını onların diqqətinə çatdırdı. Tədbirdə şagirdlər biri-birinə kitab hədiyyə ediblər.

   Ən böyük sevgi kitabdır. Gələcəyimizin aynası isə kitabsevər uşaqlarımızdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi