Pedaqoji Şuranın növbəti iclası keçirildi

31 yanvar tarixində Pedoqoji Şuranın 3 nömrəli iclası keçirildi. İclasda Uşaqların təhlükəsizliyinin təminatı,psixoloji xidmətin təşkili, müəllimlərin etik davranış qaydalarına riayət olunması ilə bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təlimati məktubu pedoqoji kollektivin nəzərinə çatdırıldı.

Belə ki, məktubdakı aşağıda qeyd olunan məsələlərlə əlaqədar kollektivə tapşırıqlar verildi.

  •   məktəbin təhlükəsizliyini təmin etmək üçün nəzarətin, mühafizə işinin (kənar şəxslərin ümumi təhsil müəssisəsinə buraxılmaması), növbətçiliyin gücləndirilməsi;
  • şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin gücləndirilməsi;
  • müəllimlər və şagirdlərlə psixoloji maaarifləndirmə işinin gücləndirilməsi;
  • ümumi təhsil müəssisələrində valideynlərlə işin artırılması;
  • sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılması;
  • ciddi təhlükə doğuracaq hər hansı hal müşahidə olunduğu təqdirdə, təlimata uyğun addımların atılması və dərhal aidiyyəti qurumlara məlumatın verilməsi;
  • görülmüş işlər və nailiyyətlərin mütəmadi olaraq ictimaiyyətin diqqətinə çatdırılması və sosial şəbəkələrdə işıqlandırılması;
  • müvafiq dövlət qurumları ilə birlikdə təhlükə doğuracaq halların qarşısının əvvəlcədən alınması  ilə  bağlı şagird və valideynlərin maarifləndirilməsi işinin təşkili;
  • fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsinə dair tədbirlərin keçirilməsi;
  • etik davranış qaydalarına görə müəllimlər arasında rəğbətləndirmə tədbirlərinin tətbiq olunması.
  • Bununla yanaşı məktəbimizin kollektivi pedaqoji şurada Azərbaycan dili və ədəbiyyat müəllimi Flora Məmmədovanın 65 illik yubileyi müasibətilə təbrik etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi