20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd edildi

   Məktəbimizdə 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbirlər keçirildi. 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı siniflərdə xüsusi dərslər, dəyirmi masalar, rəsm sərgisi, video təqdimatlar təşkil edildi.

   20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

   Allah şəhidlərimizə rəhmət etsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi