Mətanət Səmədova Fəxri Fərmanla təltif olundu

   Məktəbimizdə innovativ təlimlərə, yeni təlim metodlarına, müasir dövrün tələbinə uyğun dərslərin keçirilməsinə çalışan yeni fikirli müəllimlər çoxdur. Onlardan biri də ibtidai sinif müəllimi Mətanət Səmədovadır. Mətanət müəllimə 1995-ci ildən 240 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışır. Çalışdığı dövrdə özünü yeniliyə və innovasiyalara açıq müəllim kimi göstərib. Məhz bunun nəticəsidir ki, islahat proqramının tətbiq olunduğu ilk dövrlərdən yerli və beynəlxalq seminar və təlimlərdə iştirak edib.

  2010-2011-ci illərdə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olub. 2016 ci ildən Təhsil Nazirliyinin "Sağlam təhsil - Sağlam Millət " layihəsində uğurla iştirak edib, layihənin "Ustad müəllim" adına layiq görülüb.

  2018-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Fəxri Fərmanı" ilə təltif olunub . 2021-2022-ci tədris ilində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqəsinin qalibi olub. 2022-2023 cu tədris ilində Bakı Baş Təhsil idarəsinin təşkil etdiyi "Biliyini paylaş" layihəsinin qaliblərindən biri olub və Diplomla təltif edilib. 2021-ci ildən şagirdləri ilə birgə etwinning layihələrində qurucu və ortaq olaraq fəaliyyət göstərib, 7 Milli və Avropa keyfiyyət nişanına layiq görülüb.

  2016-ci ildən bu günə qədər Təhsil İnstitutunun MDPİ bin və Təhsil Nazirliyi yanında İTE təşkilatının müxtəlif layihələrində təlimçilik fəaliyyəti göstərir.

Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində İTE - nin təhsil mərkəzinin 2021-ci ildə təşkil etdiyi "Distant təlimlərin keçirilməsində" uğurlu əməkdaşlığa görə təşəkkürnamə ilə təltif olunub.

  “5 yaşlılar” üçün "Məntiqi və riyazi təfəkkürün inkişafı",  2-ci siniflər üçün Məsələ və misallar əlavə dərs vəsaitlərinin Həmmüəllifidir.

  2022-2023-cü ildə MİE-ə ekspert seçilib. MCE Beynəlxalq sertifikatlı müəllimdir.

  Bu günlərdə Mətanət Səmədovanın 50 yaşı tamam olur. Bu münasibətlə müəllimin hər tərəfli fəaliyyətini nəzərə alaraq məktəb müdiriyyəti tərəfindən Fəxri Fərmanla təltif edildi.

  Kollektivimiz adından Mətanət müəlliməni təbrik edir, ona yeni uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi