Müəllimimizin “Elmdə Modelləşdirmənin Gücü” adlı eTwinning layihəsi qəbul edildi

   Məktəbimizin İbtidai sinif müəllimi Gülşən Hacıyeva və Türkiyədən Kent Kolleci Karşıyaka Kampus Orta Məktəbindən Ümran ETCİOĞLU tərəfindən əsası qoyulan “Elmdə Modelləşdirmənin Gücü” adlı eTwinning layihələri qəbul edilib. Layihədə 10 türk, 3 azərbaycanlı müəllim  və onların şagirdləri yer alacaqlar.
   Layihə 4 ay müddətində  9-12 yaş arası şagirdlər tərəfindən icra olunacaq. Bu layihədə şagirdlərin bir çox bilik və bacarıqlara sahib olmaqla yanaşı Təhsildə Modelləşdirmədən dərs zamanı istifadə etməklə elmin  nailiyyətlərinin izahı, Web 2.0 proqramlarının sinif fəaliyyətlərində öyrədilməsi, Modelləşmənin Gücü ilə fikirləri qiymətləndirmək, onları sintez etmək, problemləri həll etmək, dəqiq təhlil və hesablamalar aparmaq və nəticələri lazımi şəkildə təqdim etmək, elmi savadlılığın və problemlərə çoxşaxəli yanaşmanın əhəmiyyətini dərk etmək və elmə vahid yanaşmanı mənimsəmək, Rəqəmsal savadlı olmaq, Texnologiyadan düzgün istifadə etmələri də inkişaf etdiriləcək.
   Layihənin həyata keçirilməsində şagirdlərimizə və onlara dəstək olan dəyərli valideynlərimizə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi