Şagirdlərimiz “Game and us” layihəsinə qatıldı

    ESEP-etwinnig platformasında Türkiyə, Azərbaycan və Tunisdən - 14 müəllim “Game and us” layihəsində öz şagirdləri ilə işləmək üçün bir araya gəldilər.
Layihənin məqsədi tələbələrimizin əylənərək öyrənmələrini təmin etmək, zəka, qələm-kağız, rəqəmsal oyunlar, zehni inkişaflarını artırmaq və yeni məlumatlar öyrənmələrini təmin etməkdir. Bildlyimiz kimi oyunlar uşaqları rahatlandırır, narahatlığını aradan qaldırır digər mənfi duyğulardan qurtulmağa kömək edir. Uşaq bunu maraqlı və əyləncəli hesab edir.
Oyun ona sevinc və çoxlu müsbət emosiyalar bəxş edir. Oynayarkən uşaqlar bir-biri ilə ünsiyyət qurmağı və kömək etməyi öyrənirlər. Məktəbimizin ingilis dili müəllimi Rühəngiz Süleymanova bu layihəyə 6"D" sinif şagirdləri ilə qatıldı. Onlara uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi