SAF 2023-də şagirdimizin uğuru

   4-8 dekabr tarixlərində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı təşkil olundu. SAF 2023-ün keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlərin XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir. Festivalın final mərhələsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 54 məktəb üzrə 110 şagird yarışa qatıldı. Onlardan 7 nəfər birincilik qazandı. 

   Birincilik qazanan 7 şagirddən biri də məktəbimizin 10"B" sinif şagirdi Muhəmmədəli Əliyev oldu. Şagirdimizi və müəllimi Nərminə Musayevanı bu uğur münasibətilə təbrik ediirk. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi