TƏŞƏKKÜRNAMƏ

          30 noyabr 2023-cü il tarixində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tərəfindən Bakı şəhəri Nəsimi rayonu 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədovaya Təşəkkürnamə göndərilmişdir. Ali Məktəb rəhbərliyi məktəbimizin kollektivini 2023-2024-cü tədris ili üçün keçirilmiş qəbul imtahanlarında məzunlarımızın yüksək nəticə göstərməsi münasibətilə təbrik etmiş və bildirmişdir ki, məzunumuz Yəhyazadə Nazim Arif oğlu Dövlət İmtahan mərkəzi tərəfindən 2023/2024-cü tədris ili üzrə qəbul imtahanlarından yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olmuşdur. Rektor həmçinin məzunumuzun belə uğurlu nəticə göstərməsində məktəb rəhbərliyinin və müəllimlərin əməyinə böyük qiymət verərək, bütün müəllim kollektivinə öz dərin təşəkkürünü bildirmişdir.

Onu da qeyd edək ki, Yəhyazadə Nazim Arif oğlu 2023-cü ildə məktəbimizdən məzun olmuş 11A sinfinin məzunlarındandır. Bu təşəkkür məktubu 100% nəticə ilə Ali məktəblərə daxil olan və yüksək nəticələrə imza atan 11A sinfinin məzunlarından gələn növbəti məktublardandır. Məktəbimizi bitirsələr də, qürurverici xəbərləri hələ də davam edir.

Ölkəmizin gələcək inkişafi üçün əsaslı elmi biliklərə və milli-mənəvi dəyərlərə malik nümunəvi gənclər yetişdirdiyinə görə fədakar müəllimlərimizə dərin münnətdarlıq hissimizi bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi