Ölkəmizi Tanıyaq

    Bildiyimiz kimi, hər il Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif  bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur.

    Bu ildə noyabr ayında təşkil edilmış maarifləndirici tur-aksiyada  məktəbin nümunəvi şagirdləri Səbail rayon məktəbliləri ilə birlikdə iştirak edərək   öz məktəblərini təmsil etmişlər. Belə ki, məktəbin şagirdləri Abdullazadə Əminə , Axundov Səməd “Ölkəmizi tanıyaq”  layihəsi çərçivəsində Gəncə, Şəmkir, Göygöl rayonlarına səyahət etmişlər. Şagirdlərimiz “Nizami” məqbərəsində, Gəncə “Qoşa Qalası” nda, “İmamzadə” türbəsində, “Nizami Gəncəvi”nin, “Mirzə Şəfi Vazeh”in ev muzeylərində və digər görməli yerlərlə tanış olmuşlar. Şagirdlər eyni zamanda  “Heydər Əliyev” Muzeyində də olmuşlar.Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sənədlərlə, fotoşəkillərlə və digər eksponatlarla tanış olmuşlar.

    Xatirələrini bölüşən şagirdlər bu cür layihəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyeva təşəkkür etmiş və layihələrinin davamlı olması ilə bağlı arzularını bildirmişlər. Təəssüratlarında şagirdlər gəzdikləri məkanları, tarixi yerləri çox bəyəndiklərini və bütün bunların onların xatirələrində əbədi qalacaqlarını vurğulamışlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi