Şagird təqdimat və tədqiqatlarının nəticəsi

  Oktyabr ayının 24-də məktəbin kitabxanasında Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə yuxarı sinif şagirləri iştirak etmişlər. Şagirdlər yazıçı haqqında araşdırmalar aparmış və təqdimatlar hazırlamışdılar.

    Azərbaycan ədəbiyyatının görkəmli sənətkarı olan Nəsimi Azərbaycan dilində şeirin ilk gözəl nümunələrini yaradan, öz mütərəqqi fikirlərini yüksək bədii dillə ifadə etməyi bacaran şair olmuşdur. Məhz bu dəyərə görədir ki,  2019-cu il dövlətimiz tərəfindən “Nəsimi ili” elan olunmuşdur.

    Oktyabr ayının 25-də məktəbin IX-XI sinif şagirləri arasında Nəsimi poetik yaradıcılığının xüsusiyyətlərini ehtiva edən tədqiqat müsabiqəsinin məktəbdaxili mərhələsi keçirilmişdir. Məktəbin 9”B” sinif şagirdi Babazadə Təzəgül  Rəfael qızının  “Nəsimi yaradıcılığında təbiətin tərənnümü” mövzusunda tətqiqat işi Təşkilat Komitəsi tərəfindən seçilmiş və rayon mərhələsinə göndərilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi