Məktəbəhazırlıq Qrupları

   Oktyabr ayının 1-də məktəbin  “Heydər Əliyev və tarixi həqiqətlər lektoriyası”nda  məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması ilə əlaqədar tədbir keçirilmişdir.

    Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sədaqət xanım Əzimova uşaqları və valideynləri salamlamış və məktəbəhazırlıq qruplarında tədrisin təşkili baxımından qarşıda duran məsələlərdən bəhs etmişdir.   Çıxışda məktəbəhazırlıq qruplarının gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilməsi və qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələlərinin keçirilməsi nəzərə çatdırılmışdır.

     Sonda uşaqların ifasında şeir və mahnılar dinlənilmiş və beş yaşlılar öz sinif otaqlarında yerləşdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi