Son Zəng

 İyun ayının 14-də məktəbdə “Əlvida məktəbim” mövzusunda tədbir keçirilmişdir. Tədbir, ənənəvi olaraq, “Heydər Əliyev və tarixi həqiqətlər” lektoriyasında başlamışdır. Məktəbin direktoru S.Q.Əzimova hər il olduğu kimi lektoriyada şagirdlərə xeyir-dua vermiş, gələcək həyat yollarında onlara uğurlar arzulamışdır.

Məktəbin  ibtidai sinif şagirdlərinin ifasında “Son zəng” təqdimatı XI sinif  məzunlarına nümayiş etdirilmişdir. Sonra məktəbin məzun və şagirdlərinin ifasında bədii hissə nümayiş etdirilmişdir.Daha sonra  XI “A”, XI “B”, XI ”C”, XI “Ç” sinfinin şagirdləri öz təqdimatlarını irəli sürmüşlər.

  Tədbirdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri Rövşən Süleymanov,  SRİH-nin əməkdaşları, “Azərbaycan Müəllimi” və  “Azad Azərbaycan” qəzetinin nümayəndələri , Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Səbail rayon komitəsinin sədri Mükafat Abbasov,  Badamdar Bələdiyyə və İcra nümayəndəliyinin rəhbərliyi, təqaütçü ibtidai sinif müəllimləri və valideynlər iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi