Uşaq Dünyanın Ən Böyük Səadətidir

Bildiyimiz kimi İyun ayının 1-də Heydər Əliyev Mərkəzinin parkında 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş Uşaq festivalı keçirilmişdir. Həmin tədbirdə iştirak edən Birləşmiş Xor kollektivinin tərkibinə məktəbin Xor kollektivinin üzvləri də daxil edilmişlər. Təşkil olunmuş festivaldan bütün məktəblilər kimi bizim şagirdlərimiz də xoş təəssüratlarla ayrılmışlar
May ayının 31-də Səbail rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə asfalt üzərində təşkil edilmiş rəsm müsabiqəsində də şagirdlərimiz öz istedad və bacarıqlarını nümayiş etdirmişlər.
Məktəbin bütün siniflərində “Uşaq Dünyanın ən böyük səadətidir” mövzusunda tədbirlər həyata keçirilmişdir. İnşa yazı və rəsm müsabiqələri təşkil edilmişdir.