Muzeylərə Ekskursiya
May ayının 16-da böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə məktəbin bir qrup şagird, müəllim və valideynlərinin Səməd Vurğunun ev-muzeyinə ekskursiyası təşkil olunmuşdur.
Ekskursiya zamanı şagirdlər dahi Azərbaycan şairi S.Vurğunun həyat və yaradıcılığı ilə bağlı maraqlı məlumatlar almışlar. Səməd Vurğunun ev-muzeyi Azərbaycanda yazıçı və bəstakarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzey olduğu şagirdlərin diqqətinə çatdırılmışdır.
May ayının 19-da məktəbin kitabxana müdiri Kifayət Cəfərova, kitabxanaçı Aygün Orucova və sinif rəhbəri Gülbəniz Rəsulovanın rəhbərliyi ilə 5”A” sinif şagirdlərinin Firudin Bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiyası təşkil olunmuşdur. Ekskursiya zamanı kitabxana əməkdaşı şagirdlərə kitabxananın yaranma tarixindən və fəaliyyəti haqqında geniş məlumat vermişdir. Şagirdlər kitabxananın bütün şöbələri ilə tanış olmuş və “Nağıl otağı “nda kitabın yaranma tarixinə aid filmə baxmışlar. Eyni zamanda, şagirdlər oxu zalında “Danışan kitablar” la bir neçə nağıla qulaq asmışlar.