Yaradıcılıq Festivalı Ərəfəsində
Şagirdlərdə yaradıcılıq qabiliyyətlərini aşkarlamaq məqsədilə məktəbdə ekologiya istiqaməti üzrə "Tullantıdan incəsənətə" adlı (həftədə bir dəfə olmaqla) 4 tematik gün keçirilmişdir. Tematik günlər müxtəlif istiqamətdə ekoloji mövzuları əhatə etmişdir.
Tematik günlərin icrası zamanı müxtəlif mövzularda maarifləndirmə tədbirləri (mühazirələr,söhbətlər ) həyata keçirilmişdir.
Məktəblilər “Rəsm və qrafika" tematik günündə ekoloji problemləri özündə əks etdirən rəsmlərdən ibarət fotoalbom hazırlamış, “Tullantı materiallarından istifadə etməklə əl işləri” ndən ibarət sərgi təşkil etmişlər.
Tematik günləri keçirməkdə əsas məqsəd ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və şagirdlərin asudə vaxtlarının səmərəli istifadəsini təşkil etməkdən ibarət olmuşdur.