KİTABLARIN HƏYATIMIZDA ROLU

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Respublika Elmi Pedaqoji Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində tərtib olunmuş “Fəaliyyət Planı"nda nəzərdə tutulan “Kitab bizim evin uzunömürlü üzvüdür” layihənin həyata keçirilməsi ilə əlaqədar aprel ayının 23-də məktəbdə tədbir keçirilmişdir. Tədbirdə aşağı sinif şagirdlərinin iştirakı ilə bədii hissə nümayiş olunmuşdur. Kitabxanaçılar əvvəlcədən bir neçə ailələrdə olmuş, nənə və babalarla görüşüb onların şəxsi kitabxanasında video çəkilişlər aparmışlar.
Aprel ayının 20-də şagirdlər “Miniatür kitab muzey"inə də ekskursiya etmiş, kitabxanaçı uşaqlara muzey və kitabların yaranma tarixi haqqında məlumat vermişdir.
Məktəbdə keçirilmiş tədbirdə Respublika Elmi-Pedaqoji Kitabxanasının “Elm və Təhlil” şöbəsinin müdiri Səyyarə Məmmədova, “Elmi -informasiya və biblioqrafiya” şöbəsinin redaktoru Təhminə Əhmədova və Səbail rayon məktəb kitabxanaçıları iştirak etmişlər.