Fənn aylığına yekun vurulub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2015\2016-cı tədris ilinin II yarımili üçün Fəaliyyət planına əsasən 02.03.2016-cı il tarixində T.Məmmədov adına 239№-li tam orta məktəbdə fevral ayında keçirilən Azərbaycan dili və ədəbiyyatı, kimya, biologiya fənn aylığına yekun vurulmuşdur. Bildiyimiz kimi fənn aylığının məqsədi şagirdlərin fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanını artırmaq, əməkdaşlıq bacarıqlarını formalaşdırmaqdır.Fevral ayında məktəbdə kimya fənni üzrə məktəbin direktoru Sədaqət Əzimovanın, kimya müəllimi Məlakə Kərimovanın, biologiya fənni üzrə Nübar Qayıblının, Azərbaycan dili və Ədəbiyyat müəllimi Aybəniz Əliyevanın, Sürəyya Bağırovanın və digər müəllimlərin açıq dərsləri dinlənmiş və təhlil edilmişdir. Eyni zamanda Gülbəniz Rəsulovanın “Dilimiz sərvətimizdir” mövzusunda viktorina, Gülbəniz Məmmədovanın “Bir xocalı ailəsində” adlı kompozisiya, Xədicə Həsənovanın “Beynəlxalq Ana dili Günü” mövzusunda geniş tədbiri nümayiş etdirilmişdir. Xədicə Həsənovanın “Ana dilimizi qorumaq, inkişaf etdirmək hər birimizin müqəddəs borcudur” mövzusunda məruzəsi “Xalq” qəzetində dərc edilmişdir. Fevral ayı müddətində məktəbin IX, X, XI sinif şagirdləri arasında kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə test yoxlamaları da aparılmış və nəticələr təhlil edilmişdir. Məktəb rəhbərliyinin iştirakı ilə fənn aylığının yekun iclasında fənn metodbirləşmə üzvlərinin irad, təklifləri dinlənilmiş və nəticələrin növbəti pedaqoji şurada müzakirə olunması, qərarların icrasına məktəb rəhbərliyi, metodbirləşmə rəhbərləri tərəfindən nəzarət edilməsi irəli sürülmüşdür.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi