Ümummilli Lider Heydər Əliyevin Həyat və Fəaliyyəti
Aprel ayının 16-da məktəbdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Ulu Öndərin Həyat Yolu” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə 239 və 329 nömrəli məktəbin 11-ci sinif şagirdləri iştirak etmişlər. Mühazirəni 239 nömrəli məktəbin direktoru Sədaqət Əzimova aparmışdır . Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən mühazirədə H.Əliyev Fondu tərəfindən məktəbə hədiyyə edilmiş video disklərdən istifadə olunmuşdur. Həmin disklərdə H.Əliyevin həyat və fəaliyyəti ilə bağlı təkrarsız faktlar öz əksini tapmışdır.