Narkotik ümumbəşəri bəladır,zərərli vərdişlərə yox deyək.
29.02.2016-ci il tarixində Səbail RPİ-ninYetkinlik Yaşına Çatmayanlarla Proflaktiki İşin Təşkili Bölməsinin və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının, 41-ci PB-nin YYÇİÜ-ə inspektorunun təşəbbüsü və iştirakı ilə Bakı şəhəri T.Məmmədov adına 239 №-li tam orta məktəbdə “Narkotik ümumbəşəri bəladır, zərərli vərdişlərə yox deyək” mövzusunda geniş tədbir keçirilmişdir. Tədbiri məktəbin direktoru Sədaqət Əzimova açaraq qonaqları salamlamış və sözü Səbail RPİ-nin rəis müavini, polis polkovniki Füzuli Hümbətova vermişdir. Polkovnik Füzuli Hümbətov mövzu ilə bağlı tədbir iştirakçılarını məlumatlandırmışdır. Daha sonra Səbail RPİ-nin YYÇPİTB-nin baş inspektoru, polis mayoru Gülzar Əliyeva mövzu ətrafında çıxış edərək şagirdləri maraqlandıran sualları cavablandırmışdır. Tədbirdə videoçarxlar, slaydlar nümayiş etdirilmişdir. Səbail RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis leytinantı Bəhram Qasımzadə maraqlı çıxışı ilə yeniyetmələrin diqqətini cəlb etmişdir. Görüşdə Səbail RPİ-nin YYÇPİTB-nin rəisi –polis polkovnik leytinantı Anar Nağıyev, 41-ci polis bölməsinin inspektoru, polis kapitanı Zahir Əbilhəsənov, Səbail RPİ-nin inspektoru, polis mayoru Rəsmiyyə Bağırova da iştirak etmişlər. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kəmalə Məmmədova çıxış edərək uşaq hüquqlarından və bu mövzuda keçirilən tədbirlərin əhəmiyyətindən söhbət açmışdır. Tədbirdə məktəb şagirdlərinin mövzu ilə bağlı təqdimatları da irəli sürülmüş, rəsm işləri nümayiş etdirilmişdir.Məktəbin yuxarı sinif şagirdləri və müəllim kollektivinin iştirak etdiyi görüşün sonunda məktəbin direktoru Sədaqət Əzimova yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri aspektində məqsədyönlü ümumi profilaktik söhbətlərin aparılmasına görə Səbail RPİ –nin rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.