Vətənin Qəhrəman Oğulları

   Aprel ayının 5-də məktəbdə Aprel döyüşlərinə həsr edilmiş tədbir təşkil olunmuşdur. Tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. 

  Məktəbin ibtidai sinif şagirdlərinə Aprel döyüşləri ilə bağlı məlumatlar verilmiş, video çarxlar və slaydlar nümayiş etdirilmişdir. Yuxarı sinif şagirdləri ilə məktəbin məzunu olmuş, Aprel döyüşlərinin iştirakçısı İslamov Ramazan Yaşar oğluyla görüş təşkil edilmişdir.  O bildirmişdir ki, Tərtər rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Ramazan həmin döyüşdən və döyüşdə şəhid olan əsgər yoldaşları haqqında öz xatirələrini şagirdlərlə bölüşmüşdür.

   Sonda “Vətənin qəhrəman oğulları” mövzusunda şagird təqdimatları dinlənilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi