Mülki Müdafiə Günü

 

    Aprel ayının 4-də  məktəbdə “Tədbirlər planı” na əsasən “4 Aprel Mülki Müdafiə Günü” dür mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Səbail rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə İdarəsinin rəisi Nazir Əkbərov, şöbə rəisi Tərlan Bayramov və Bakı Regional Mərkəzinin baş zabiti Paşa Əliyev iştirak etmişlər. Tədbirdə məktəbin hərbi rəhbəri Nizaməddin Məsmalıyevin rəhbərliyi ilə yanğın həyəcanı serenası qoşulmuş və şagirdlər məktəbin həyətinə toplaşmışlar.

 Məktəbin direktoru Sədaqət Əzimova tədbir iştirakçılarını Mülki Müdafiə gününün təşkili və keçirilməsi haqqında məlumatlandırmış və tədbir plana uyğun həyata keçirilmişdir. Fövqəladə hadisələr zamanı yanğınsöndürmə, xilas etmə işləri, ilk tibbi yardımın göstərilməsi praktik olaraq nümayiş etdirilmişdir. Mülki Müdafiə əmlakları, ədəbiyyatlar, plakatlar nümayiş etdirilmiş, lazımı təbliğat və izahat işləri aparılmışdır. 2-ci, 5-ci və 6-cı siniflərdə Mülki Müdafiə üzrə “Açıq dərs” lər təşkil edilimişdir.

 Tədbirin sonunda Səbail rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə İdarəsinin rəisi Nazir Əkbərov məktəbin “Akt” zalında kollektivin bütün üzvləri ilə mövzu ətrafında maarifləndirici məruzə ilə çıxış etmişdir.

Bütövlükdə  tədbir mütəşəkkil şəkildə həyata keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi