Şagirdlərin Nailiyyətləri
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası keçirilmişdir. Həmin olimpiadada məktəbin12 şagirdi:Sultanlı Ülvi,Məmmədzadə Nihad, Bənnalı Ülvi, Xəlilzadə Amin, Muradlı Məsud, Qambayzadə Fərid, Babayev Toğrul, Həsənli Sevil, Babazadə Nahid, Mahmudzadə Əli, Alışov Muxtar və Bayramlı Emil fəal iştiraklarına görə Sertifikatla təltif olunmuşlar.
Məktəbin bir qrup şagirdi Azərbaycan Respublikası Mərkəzi Bankı və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə əməkdaşlığı çərçivəsində “Avropa Pul Viktorinası” nın seçim turunda iştirak etmiş və Viktorinanın Milli mərhələsinə keçid əldə etmişlər. Həmin mərhələdə məktəbin 9-cu sinif şagirdi Əliyev Atilla və 8-ci sinif şagirdi Bəkirli Nihad fəal iştiraklarına görə Sertifikatla təltif olunmuşlar.
Məktəbin 9-cu sinif şagirdləri Abdullazadə Əminə, Mehdiquliyeva Zümrüd və Mehdiquluyeva Ayan Uşaq Dünya Hərəkatının tərkib hissəsi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbində Uşaq Hüquqları Konvensiyası üzrə tam kursu bitirmişlər və Sertifikatla təltif olunmuşlar.
Eyni zamanda, şagirdlər Avropa Uşaq Ombudsman Şəbəkəsi tərəfindən həyata keçirilmiş və Azərbaycan Ombudsman təsisatının iştirak etdiyi Avropa Gənc Məsləhətçilər Şəbəkəsinin “Danışın, gənclər, uşaqların mental sağlamlığı barədə danışın!” adlı layihəsində fəal iştiraklarına görə Sertifikatla təltif olunmuşlar.