Mənəvi Dəyərlərimizi Yaşadaq

   Dekabr ayının 29-da məktəbin 7-8-ci siniflərində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Xədicə Həsənovanın rəhbərliyi ilə “Milli, mənəvi və ümumbəşəri dəyərlərin formalaşdırılması” mövzusunda tədbir keçirilmişdir. Tədbir Azərbaycan dilinin zəngin ifadə vasitələri, poeziya, nəsr və elm dili olması, təkmil ədəbi dil səviyyəsinə yüksəlməsi məqsədi daşıyırdı. Tədbir Ulu Öndər Heydər Əliyevin Azərbaycan dili haqqında sözləri ilə başlamış, Azərbaycan xalqının zəngin ədəbi irsinə müraciət olunmuşdur. Məktəbin 7,8-ci sinif şagirdləri mövzu ilə bağlı təqdimatlar irəli sürmüş, tədqiqatlar  aparmış, ekskursiyalarla bağlı fikir mübadilələri də dinlənilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi