Azərbaycanlıların Soyqırımı Günü

Mart ayının 29-da məktəbdə “Tariximizin dünəni və bu günü” mövzusunda “Dəyirmi masa” keçirilmişdir.
Mövzu 1918-ci il Martın 31-də baş vermiş “Azərbaycanlıların Soyqırımı Günü” nə həsr olunmuşdur. Məktəbin tarix müəllimi Kəmalə Nəzərova erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın haqqında və soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlının qətlə yetirilməsi, on minlərlə insanın itkin düşməsi haqqında şagirdlərə geniş məlumat vermişdir.
Tədbirdə məktəbin 5,6 və 8-ci sinifləri iştirak etmişlər. Şagirdlərin mövzu ilə bağlı təqdimatları dinlənilmişdir.