Azərbaycanın qədim tarixi, mədəniyyəti, mənəvi dəyərləri və zəngin təbiəti
Məktəbin 4”B” sinif şagirdlərinin Azərbaycanın əsrarəngiz gözəlliklərindən biri olan “Yanardağ” və “Atəşgah”a ekskursiyası təşkil edilmişdir.
“Yanardağ” tarixi bilinməyən təbiət hadisəsi nəticəsində yaranmışdır. Oradakı alovun hündürlüyü 10-15 metrə çatır. Bu da şagirdlərin böyük marağına səbəb olmuşdur. Eyni zamanda şagirdlər “Atəşgah” adlanan tarixi abidəni də ziyarət etmişlər Uşaqlar bu ekskursiyadan çoxlu maraqlı məlumatlar toplamışlar, öyrənmişlər ki, fransız yazıçısı Aleksandr Düma özünün “Qafqaz səfəri” əsərində Atəşgahda olmuş və həmin əsərdə oranın qeyri-adi gözəlliyindən bəhs etmişdir.